Bələdçi

Ev üçün spot işıqlar necə seçilir?

Say, güc, kəsim ölçüsü, işıq bucağı və gözqamaşma problemi.

Mənzil tavanında gömülü spot işıqlar

Spot seçimində dörd göstərici həlledicidir: güc, işıq bucağı, kəsim diametri və rəng temperaturu. Bunlardan biri səhv seçildikdə nəticə ya çox parlaq, ya çox sönük, ya da gözü yoran olur.

Neçə spot lazımdır?

Tez-tez verilən sual budur, amma tək cavabı yoxdur — otağın sahəsi, tavan hündürlüyü, divarların rəngi və spotun gücü birlikdə işləyir. Praktik yanaşma: otağı zonalara bölün və hər zonaya ayrıca baxın. Divar boyu yerləşdirilən spotlar divarı işıqlandıraraq otağı daha geniş göstərir; otağın ortasına düzülmüş spotlar isə çox vaxt lazımsız və simmetrik görünür.

İşıq bucağı

  • 15–24° — dar. Aksent üçün: şəkil, dekor, jurnal masası.
  • 36–45° — orta. Ümumi işıq üçün ən çox istifadə olunan aralıq.
  • 60° və yuxarı — geniş. Alçaq tavanlarda və ümumi fon işığında.

Gözqamaşma — ən çox laqeyd yanaşılan məsələ

Ucuz spotlarda LED korpusun səthinə yaxın olur və birbaşa görünür. Nəticədə uzanıb tavana baxanda göz qamaşır. Anti-glare modellərdə işıq mənbəyi dərinə salınır — xüsusilə yataq otağında bu fərq çox hiss olunur.

Kəsim diametri

Alçı-kartonda açılan dəliyin ölçüsüdür. Əvvəlcədən dəlik açılıbsa, həmin ölçüyə uyğun model seçmək lazımdır — ona görə spot seçimi tavan işindən əvvəl aparılmalıdır.

  • Tavan işindən əvvəl modeli seçin — kəsim ölçüsü ona görə açılsın
  • Yaşayış otaqlarında 3000K, hamam və mətbəxdə 4000K
  • Hamam üçün ən azı IP44
  • Bir otaqda eyni model və eyni temperatur istifadə edin
  • Dimmer planlaşdırırsınızsa, dimmer dəstəkli model seçin

Davamı

Digər məsləhətlər

Seçimdə kömək lazımdır?

Məkanın şəklini və ölçülərini göndərin — uyğun modeli və qiymət variantlarını təklif edək.

Zənginizi və ya mesajınızı həmin anda cavablandıra bilməsək, mümkün olan ən qısa zamanda sizinlə əlaqə saxlayacağıq.

Zəng etWhatsApp